ABŞ və NATO müttəfiqləri tərəfindən Rusiyaya qarşı başlayan hibrid müharibə nüvə gücləri arasında birbaşa toqquşmaya gətirib çıxara bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Vaşinqton və NATO üzvü olan ölkələr uzun müddətdir ki, postsovet məkanını siyasi və hərbi cəhətdən inkişaf etdirməyə çalışırlar. Onların hərəkətləri Rusiyanın təhlükəsizlik sahəsində fundamental maraqlarına zərər vurdu. Nəticədə Moskva Qərb dövlətlərini geri çevirdi. Amma buna cavab olaraq ABŞ və müttəfiqləri Rusiyanı məğlubiyyətə uğratmaq üçün hibrid müharibəyə başladılar. Bu cür hərəkətlər nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər", - Zaxarova bildirib.