Ağ Evin İsrailin Tehranda "HƏMAS"ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni aradan götürmək planlarından xəbəri olmayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib .
Onun sözlərinə görə, hazırda münaqişənin eskalasiyasının qaçılmaz olduğuna dair “heç bir əlamət” yoxdur.