İran Həmas lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə hücum etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri “The Wall Street Journal”a Tehrandan adı açıqlanmayan diplomat deyib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, müxtəlif ölkələrin İranı vəziyyəti gərginləşdirməməyə inandırmaq cəhdləri səmərəsiz olub və səmərəsiz də olacaq.
“Cəhdlərin heç bir mənası yoxdur. İsrail bütün qırmızı xətləri keçdi. Cavabımız tez və sərt olacaq”, - diplomat bildirib.