Türkiyədə Cübbəli Əhməd Xoca kimi tanınan Əhməd Mahmud Ünlü İran-İsrail gərginliyi ilə bağlı diqqətçəkən paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, İranın raket atmaqdan başqa əlindən bir iş gəlmədiyini yazıb:
“Şoumen İran indi bütün dünyanın diqqətini özünə çəkir, “Baxın, görün İsrailə nə edəcəm” deyir. Nəsrullaha (Hizbullah lideri-red.) “Gəlmə, mən sənin təhlükəsizliyini təmin edə bilmərəm” deyən İran Haniyəni ölkəsində qarşılayır və onu ciddi mühafizə olunan 78 villanın yerləşdiyi ərazidə məskunlaşdırır. Hizbullah üzvləri, İslami cihadçılar və husilər kimi müxtəlif qruplarla dolu villalar arasında nədənsə yalnız Haniyənin villasındakı otaq vurulur.
Müsəlmanlar yalnız atəş açmaq üçün raket atmaqdan başqa bir şey etməyən İranın saxta qəhrəmanlığına aldanmaqdan əl çəksinlər".