Ukraynaya Rusiya ərazisində yerləşən aerodromlara Qərb silahlarından istifadə ilə bağlı tərəfdaşların təhlükəsizlik qərarı lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiya döyüş təyyarələri bütün effektli vasitələrlə olduqları yerdə məhv edilməlidir. Rusiya aerodromlarını vurmaq da kifayət qədər ədalətlidir. Tərəfdaşlarımızla birgə bu məsələnin həllinə ehtiyacımız var. Bu, xalqımızın müdafiəsini real şəkildə təmin etməyin yeganə yoludur. Birgə güclü qərarlarla gündəlik rus terrorunu dayandırmalıyıq", Ukrayna lideri vurğulayıb.
Ukrayna qərbli tərəfdaşlarına dəfələrlə müraciət edib ki, onlar tərəfindən verilən uzaqmənzilli silahların Rusiyanın dərinliklərindəki hərbi aerodromları vurmasına icazə verilsin.