ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Respublikaçı rəqibi Donald Trampın debat təklifinə qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kamala Harrisin seçki qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda deyilir ki, Trampla debat əvvəl təyin edildiyi vaxtda keçirilməlidir: “O, oyun oynamağı dayandırmalı və söz verdiyi kimi sentyabrın 10-da debata gəlməlidir”.
Harrisin təşviqat komandası hesab edir ki, Tramp qorxur və buna görə də o, debatın sentyabrın 4-də Respublikaçılara yaxın olan “Fox News” telekanalında keçirilməli olduğunu elan edib.
Qeyd edək ki, Donald Tramp Kamala Harrisə sentyabrın 4-də “Fox News” telekanalında debat keçirmək təklifi edib.