Ermənistan Xarici İşlər Nazirliyi vətəndaşlarını çox zərurət olmadığı təqdirdə müvəqqəti olaraq Livana səfərlərdən çəkinməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Nazirlik hazırda Livanda yaşayan vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalmış bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə çağırıb.