Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilini payızda keçiriləcək parlament seçkiləri öncəsi debata çağırıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Salome Zurabişviliyə görə, İvanişvili əhalinin çoxsaylı sualını cavablandırmalıdır.
Prezidentin sözlərinə görə, İvanişvili ölkədə əsas şəxs özünün olduğuna inanır. Zurabişvili əlavə edib ki, o, dövlətin birinci şəxsidir və “Gürcü arzusu”nun sədri seçkilər öncəsi əhalinin çoxsaylı suallarını cavablandırmaq məcburiyyətindədir.
"O, bu ölkədən nə istəyir, bizə deməlidir, ona görə də düşünürəm ki, müzakirə olunası çox məsələ var" deyə prezident bildirib.
Qeyd edək ki, bu il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.