Banqladeşin şərqində yerləşən Qazipur şəhərindəki ciddi rejimli həbsxanasından 200-dən çox məhbus qaçıb.
Teleqraf.com xəbər verir ki, qaçan 209 məhbusun 6-sı qiyam zamanı güllələnib.
Xatırladaq ki, avqustun 5-də Banqladeşdə hökumət əleyhinə kütləvi etirazlar zamanı aksiyaçılar
həbsxanalara basqın edib. Hadisələr zamanı 800-ə yaxın Banqladeş həbsxanalarından qaça bilib.