Rusiyanın Belqorod, Lipetsk, Bryansk və Kursk vilayətlərinə hücum olub.
Teleqraf.com xəbər verir ki, bu haqda vilayətlərin qubernatorları teleqram kanallarında məlumat yayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hava hücumundan müdafiənin 29 ədəd PUA-nı zərərsizləşdirdiyini bildirib.
Lipetsk regionun qubernatoru İqor Artamonovun sözlərinə görə, ərazidə fövqəladə vəziyyət tətbiq olunub, regionun qəsəbələrinin sakinləri təhlükəsizliyi təmin etmək üçün təxliyə edilir:
“Sakinlərin təhlükəsizliyini təmin etmək üçün yaşayış məntəqələrinin boşaldılması qərara alınıb. Sakinlər təcili xidmət nümayəndələrinin göstərişlərinə əməl etməlidirlər” .