10 Avqust 09:27
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon qadınlarının gözəllik sirləri fərqlidir. Onlar kosmetik vasitələrdən yox, təbii vasitələrdən istifadəni seçirlər.

Yapon qadınlarının istifadə etdiyi sadə, lakin təsirli gözəllik sirlərini təqdim edirik.

Yapon mədəniyyətində təmizlik çox önəmlidir. Dəri və bədən səhər saatlarında “onsen” adlanan termal isti bulaq suyu ilə mütləq təmizlənir. Gənc yaşlarından qız və oğlanlara dərilərinə necə qulluq etmək, onu təmizləmək və nəmləndirmək öyrədilir. Qadınlar üçün makiyaj arxa planda qalır, çünki ən əsası sağlam və parlaq dəriyə sahib olmaqdır ki, makiyaja ehtiyac qalmasın. Onların fikrincə, əsas təbəqə olan dəri sağlam və problemsiz olmadıqca makiyajın heç bir önəmi yoxdur.

Təbii ki , günəşdən qorunmaq çox vacibdir. Yayda çətirlə gəzən yapon qadınlarının yeganə qayğısı dərilərinin ağ qalması deyil, həm də günəşin təsirindən zədələnməsinin qarşısını almaq, beləliklə də strukturunun pozularaq vaxtından əvvəl qocalmasını əngəlləməkdir. Buna görə də, hətta Yaponiyanın makiyaj məhsullarında da həmişə SPF görə bilərsiniz. ⁠ Qədim Yapon mədəniyyətində, Avropada olduğu kimi, dərinin ağ rəngə yaxın olması vacib idi. Buna görə də ağ tozlardan istifadə olunurdu.

Onlar üçün əsas olan dərilərinin təmiz olmasıdır. Gözəllik anlayışı sağlam dəri ilə əlaqəlidir. Daim təbii vasitələri bədənlərinə tətbiq edirlər. Əlbəttə, dərilərinin vəziyyətinə təsir edən ən vacib amil genetik meyldir. Onlar yaşıl çaylardan, matcha, sencha kimi bitkilərin çaylarını daimi istifadə edirlər. Matcha Tokioda çox yayılmış bir içkidir. Matcha isti və ya soyuq şəkildə içilir. Yapon mədəniyyətinin mühüm hissəsidir və yapon qadınlarına parlaq dəri bəxş etdiyi güman edilir. Çünki o, iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Beləliklə, sızanaq ilə əlaqəli qızartıları azaltmağa kömək edir. Tərkibində dərini ultrabənövşəyi radiasiyanın mənfi təsirlərindən qorumağa kömək edən maddələr var. Yapon qadınları yaxşı bilirlər ki, bağırsaq sağlamlığı dəri sağlamlığı ilə bağlıdır. Buna görə də probiotiklər pəhrizin böyük bir hissəsini təşkil edir.

Yaponlar əsrlər boyu komenuka və ya düyü kəpəyinin gözəl faydalarından istifadə edirlər. Antioksidantlar və digər qida maddələri ilə dolu olan düyü kəpəyi tozu qocalma əlamətləri ilə mübarizə aparmaq, ləkələri aradan qaldırmaq və dərini nəmləndirmək üçün bədən baxımında istifadə olunur. Yaponlar üçün duş qəbul etmək də gözəllik ritualı sayılır. Onlar ev hamamında və ya “ofuro” da hər bir duş qəbul edirlər. Mütəmadi buxar vannası qəbul etmələri qan dövranının yaxşılaşmasəna təsir edir ki, bu da dərinin gənc qalmasına səbəb olur.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər