ABŞ Norveçə 580 milyon dollara "HIMARS" reaktiv raket sistemlərinin ( MLRS ) satışını təsdiqləyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Təklif edilən satış Avropada sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə rolunu oynayan ABŞ-ın NATO müttəfiqinin döyüş hazırlığını artırmaqla xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə fayda verəcək”, - Pentaqondan bildirib .