11 Avqust 19:59
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın ATEŞ partizan hərəkatı Rusiya dəniz piyadalarının 810-cu briqadasının Kursk vilayətinə köçürülməsini qeydə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna hərəkatı məlumat yayıb.

Donetsk vilayətində şəxsi heyətlə birlikdə 10 “Kamaz”ın hərəkəti qeydə alınıb. Kəşfiyyatdan sonra bölmənin Kursk şəhərinin müdafiəsi üçün göndərildiyini öyrənmək mümkün olub.

"Ruslar bütün gücləri ilə müdafiədəki boşluğu bağlamağa çalışırlar, buna görə də şəxsi heyəti strateji əhəmiyyətli istiqamətlərdən çıxarmağa məcburdurlar. Bu yaxınlarda 810-cu briqada müdafiə və hücumu gücləndirilmək üçün Xerson istiqamətindən Pokrovskiyə köçürülmüşdü", - ATEŞ qeyd edir.

Ukraynalı politoloq Aleksandr Morozov hesab edir ki, Kursk vilayətindəki vəziyyət Rusiyanın bütün suverenliyi konsepsiyasına ağır zərbə vurub.

Eyni zamanda, "The Insider" yazır ki, Ukrayna ordusunun Kurska hücumu Rusiya üçün gözlənilməz olub:

"Görmək olar ki, bu hücum Rusiyanın ali rəhbərliyi üçün tamamilə gözlənilməz idi. Yeri gəlmişkən, təkcə Rusiya rəhbərliyi yox, bütün dünya üçün. Belə çıxır ki, Ukrayna Baş Qərargahı bu əməliyyata Qərblə koordinasiya etmədən hazırlaşırmış. Bu da sızma olmaması üçün xüsusi olaraq edilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər