13 Avqust 10:05
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun Kursk əməliyyatı Rusiya ilə müharibənin trayektoriyasını dəyişdirməyə imkan verən əsas məqamdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində bildirilir.

Analitiklərin fikrincə, müharibənin xarakteri dəyişir və bu, gələcəkdə dünyada baş verəcək bütün münaqişələrə təsir edəcək.

Kursk vilayətinin işğalı zamanı Ukrayna Rusiyanın sərhədyanı ərazilərdə hazırlığın olmamasından istifadə edərək əməliyyat sürprizinə nail oldu.

ISW hesab edir ki, Ukrayna arxa cəbhədə böyük istehkamlar tikməkdənsə, Rusiya qoşunlarının aylardır davam edən hücumlarından faydalana bilər. ABŞ institutuna görə, Ukrayna bircə həlledici zərbə vurmaq əvəzinə, daha kiçik ardıcıl əks-hücum əməliyyatları planlaşdırıb həyata keçirməklə manevrlərini bərpa edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər