14 Avqust 09:40
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrindı vərəm xəstəliyinə yoluxanların sayının artması barədə məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri Xersondakı rusiya meyilli qüvvələr paylaşıb.

Məlumata görə, bu xəstəliyin böyük epidemiyası Ukrayna Silahlı Qüvvələrinin 35-ci dəniz piyada briqadasında aşkar edilib. Buna səbəb Ukraynada davam edən ümumi səfərbərliyin bir hissəsi olaraq məhbusların kütləvi şəkildə Ukrayna dəniz piyadaları sıralarına qoşulması, onların çoxunun vərəmə yoluxmasıdır.

“Bu briqadanın 137-ci ayrı-ayrı taborunun hərbi qulluqçularında vərəmin açıq forması aşkar edilib. Əldə etdiyimiz məlumatlara görə, orada artıq ölənlər var”, - məlumatda qeyd olunub.


Müəllif: Arzu

Oxşar xəbərlər