ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor Suriyada PKK/YPG terror təşkilatını Türkiyəyə hücuma hazırladıqlarını etiraf edib.
Polkovnik Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəni müharibədən uzaq tutmağa çalışdığını, amma ABŞ-nin terrorçuları hücuma hazırladığını bildirib.
Duqlas hesab edir ki, İsrailə qarşı sərt ritorikaya baxmayaraq, Ərdoğan nəyin bahasına olur-olsun ölkəsini müharibədən uzaq tutmağa çalışır.
“Suriyada Türkiyəyə hücum etmək üçün bəzi qüvvələr hazırlayırıq. Kimləri nəzərdə tuturam? Biz PKK və bəzi başqa təşkilatları Türkiyəyə hücum etməyə təşviq edir, silahlandırırıq. Türklər bunu anlayır və narahatdırlar. Bunu əvvəllər də mütəmadi olaraq etmişik, amma bu dəfə vəziyyət çox ciddidir. Ruslar Suriyanın şimalında yeni baza yaradıblar və bizim onlara qarşı birbaşa addım ata biləcəyimiz durumda olmağımızı istəmirlər. İsrailin də iştirak etdiyi böyük müharibəyə doğru gedirik. Amerika artıq onun bir hissəsidir”, - polkovnik vurğulayıb.