14 Avqust 20:28
2 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın ordusunun Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyat Kreml üçün sarsıdıcı zərbə oldu. Çünki bu, Rusiyada qurulmuş imperialist ideologiyanın mahiyyətini sarsıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Washington Post” yazır.

Nəşr bildirir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu neo-imperialist revanşizmin təzahürü idi. Kreml bu çərçivədə Ukraynanın suverenliyi və kimliyini inkar edir. Əksinə, Ukrayna öz doğma qoynuna qayıtmalı olan “Böyük Rusiya”nın bir hissəsi hesab olunur.

“Bu səhvlər Ukraynanın inadkar müqaviməti və müharibə səylərini müşayiət edən Ukrayna millətçiliyinin güclənməsi ilə aradan qaldırıldı. İndi isə Putin Rusiyanın məhv olmuş imperiyasını bərpa etmək əvəzinə, öz ölkəsinin getdikcə daha aydın görünməyə başlayan zəifliklərini seyr edir”, - məqalədə deyilir.

Sırf hərbi məqsədlərindən başqa, Ukrayna ordusunun Kursk əməliyyatı ən azı bir psixoloji məqsədə nail oldu: Rusiyanın müharibə ilə bağlı arxayınlığının yaratdığı dumanı dağıtmaq. Müharibə rusların əksərinin həyatına çox az təsir göstərmişdi.

“Keçən həftədən etibarən ukraynalılar yox, ruslar sosial şəbəkələrdə müharibə zonasına ən yaxın olan nüvə stansiyasının təhlükəsiz olub-olmadığını, əsir götürülən gənc çağırışçılar və yardım gözləyən mülki şəxslərin videolarına baxmağa, Kursk vilayətində durumun necə olduğunu soruşmağa başlayıblar”, - Anna Nemstova “The Atlantic” nəşrində yazı.

Harvard Universitetinin (ABŞ) akademiki Uolter Klemens hesab edir ki, vəziyyətin sonrakı inkişafından asılı olmayaraq, Ukrayna artıq bütün Putin sisteminin zəifliyini nümayiş etdirib.

Nəşr vurğulayır ki, Rusiya Ukraynadan aldığı gözlənilməz zərbədən sonra arxayınçılıqdan özünüdərk və ya ayılma prosesinə keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər