Türkiyədə qırmızı kateqoriyalı terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” səhifəsində yazıb.
Onun sözlərinə görə, 29 nəfərin şəhid olduğu 16 aksiyada şəxsən iştirak edən, qırmızı kateqoriyada axtarılan PKK-nın “Bervar” kod adlı terrorçusu Seyran Çomak Ağrıda məhv edilib.