14 Avqust 23:45
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaftar bazardan evə qayıdan qadına hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə Keniyada baş verib.

Bildirilir ki, kənddə küçədə yemək satan 52 yaşlı Nensi Noki evə qayıdanda kaftarın hücumuna məruz qalıb. Yırtıcı qadını parçalayıb, onun qalıqları daha sonra yolun yaxınlığında tapılıb.

Qeyd edilir ki, bu, ərazidə baş vermiş artıq beşinci hadisədir. Keniya polisi kaftarları zərərsizləşdirmək üçün bir neçə qrup yaradıb.

Yerli sakinlər ərazidə kaftarların çoxalmasını boş şaxtalarla əlaqələndirirlər. Onların sözlərinə görə, səlahiyyətlilər və mədənçilər tunel və karxanalara nəzarət etmirlər. Bu üzdən bölgədə yırtıcıların yaşaması və çoxalması üçün ideal şərait mövcuddur.


Müəllif: Arzu

Oxşar xəbərlər