ABŞ JASSM uzaqmənzilli qanadlı və LRASM gəmi əleyhinə raketlərinin istehsalını artırmaq üçün təxminən 130 milyon dollar ayırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun bugünkü bəyanatında məlumat verilib.
Podratçı “Lockheed Martin” korporasiyasıdır. Bu müqavilə üzrə işlərin Florida ştatının Orlando şəhərində yerinə yetirilməsi, 2027-ci il dekabrın 15-nə tamamlanması planlaşdırılır.
Qeyd edək ki, qanadlı və gəmi əleyhinə raketlərin istehsalının genişləndirilməsi ilə bağlı məlumat ABŞ-nin Ukraynanı JASSM raketləri ilə təchiz edə biləcəyinə dair dünən yayılan xəbərlərlə əlaqədar aktuallıq qazanıb.