Ciddi canlı qüvvə çatışmazlığı səbəbindən Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri (AFU) müdafiə xəttini uzatmağa məcburdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Ukrayna Kursk vilayətində əməliyyatdan əvvəl rotasiya və xətti saxlamaq üçün qoşun çatışmazlığı yaşayırdı.
Nəşrin analitikləri qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələri indi bütün əməliyyat ehtiyatını bir araya toplayıb və yeni cəbhəyə göndərib. Məqalədə aydınlıq gətirilib ki, hətta səngərlər də Kursk yaxınlığında ukraynalı əsgərlərin vəziyyətini asanlaşdırmayacaq, çünki Rusiya Silahlı Qüvvələri bu əraziyə artilleriya və elektron döyüş texnikası yığır.