Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri “müharibə və sülh arasında referendum” olacaq.
Teleqraf.com yerli mətbuata istiandən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidzenin sözlərinə görə, səsvermə zamanı Gürcüstan vətəndaşları müharibə və sülh arasında seçim etməli olacaqlar.
“Əslində seçim sadədir. Seçim sülhün, mənəviyyatın və ölkənin parlaq gələcəyinin xeyrinə edilməlidir”, - deyə Gürcüstanın baş naziri əlavə edib.