Ukrayna Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrdən F-16 qırıcılarını idarə edə bilən təqaüdçü pilotları xidmətə dəvət edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, oxşar bəyanatı senatorlar Lindsi Qrem və Riçard Blumental Kiyevə səfərləri zamanı veriblər .
Xəbərdə təqaüddə olan pilotların döyüş bölgəsinə getmələrinin son dərəcə çətin olduğu vurğulanıb. Bunun üçün onlar Alyansa üzv olan ölkələrin hökumətlərindən icazə almalıdırlar.