Demokratların Milli Qurultayının keçirildiyi ABŞ-ın Çikaqo şəhərində etiraz aksiyaları zamanı ötən gün 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Teleqraf.com xarici mətbuata istinadən verdiyi məlumata görə, qurultayın 3-cü günündə Çikaqo polisi 9 atışma faktı qeydə alıb. Yaralananlardan biri 5 yaşlı uşaqdır.
Qeyd edək ki, iki gün ərzində baş verən atışmalarda iki nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Avqustun 22-si qurultayın sonuncu günüdür.