23 Avqust 15:38
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının azad edilməsinə xüsusi təyinatlılar cəlb edilib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, radikallar girovları azad etmək üçün 2 milyon dollar və helikopter tələb ediblər.

Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat aparılır.

Ümumilikdə koloniyada 1230 məhbus var.

Məlumata görə, radikallarla danışıqlar aparmaq üçün yaxın vaxtlarda Volqoqrad məscidindən din xadimi gətiriləcək.

Zərərçəkənlər arasında koloniyanın rəisi Andrey Devyatov da var. Məlumata görə, o reanimasiyadadır.

***

Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətində baş verib.

Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib.

Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər