Fransanın istefa vermiş baş naziri Qabriel Attal prezident Emmanuel Makrona baş nazir vəzifəsinə mərkəzçi prezident blokundan deyil, müxalifətdən kadr təyin etməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Mən mərkəzi blokun partiyalarına daxil olmayan yeni baş nazirin təyin edilməsini təklif etmişəm”, - deyə siyasətçi bildirib.
Attal izah etdi ki, belə bir addım Fransada geniş siyasi dairənin maraqlarını təmsil edəcək Nazirlər Kabinetinin formalaşmasına imkan verəcək.