2029-cu ilə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri yeni tipli altı yerli sualtı qayıq alacaq.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan “TCG Piri Rəis” adlı ilk belə gəminin istismara verilməsi mərasimində deyib.
“Bu tip ikinci sualtı gəmi olan TCG Hızır Reis bu il sınaqdan keçərək 2025-ci ildə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Üçüncü qayıq TCG Murat Reis 2026-cı ildə istismara veriləcək", - Ərdoğan bildirib.
Onun sözlərinə görə, yeni sualtı qayıqlar Türkiyə donanmasının strateji silahlarıdır.