Fransada həbs edilən “Telegram” messencerinin təsisçisi Pavel Durovun həbs müddəti daha 24 saat uzadıla bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” Fransa məhkəmə sistemindəki mənbəyə istinadən məlumat yayıb.
Fransa qanunvericiliyinə görə, şəxs 24 saat saxlanıla və bu müddət cəmi bir dəfə uzadıla bilər.
Qeyd edək ki, “Telegram”ın təsisçisi Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir.