27 Avqust 20:04
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin tələb etdiyi Ukrayna-NATO Şurasının iclasını çağıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, iclas avqustun 28-də baş tutacaq.

“Görüş səfirlər səviyyəsində keçiriləcək. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə müttəfiqlər üçün döyüş meydanındakı vəziyyət və prioritet hərbi ehtiyaclar barədə brifinq keçirəcəyi gözlənilir”, - agentlik alyans nümayəndəsinin sözlərindən sitat gətirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər