31 Avqust 16:46
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya ordusu Nigerdəki hərbi hava bazasının boşaldılaraq qüvvələrinin tamamilə bu ölkədən çıxarıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, proses Almaniya və Nigerin mayda paytaxt Niameydəki alman hərbçilərinin avqustun sonunadək çıxarılması barədə anlaşması çətçivəsində baş tutub.

İki ölkə ayrı-ayrılıqda bəyanat yayaraq, geri çəkilmənin başa çatdığını bəyan ediblər.

Bəyanatlarda 60 alman hərbçisi və 146 ton texnikanın 5 yük təyyarəsi ilə ölkələrinə geri göndərildiyi bildirilib.

Niger 2023-cü ilin iyulunda çevriliş nəticəsində hakimiyyətə gəlmiş hərbi xunta tərəfindən idarə olunur. Xunta Rusiya ilə əməkdaşlığı genişləndirərkən, Qərb tərəfdaşları, o cümlədən Fransa və ABŞ ilə əməkdaşlığı dayandırıb. Nigerdəki Fransa hərbi qüvvələri də çıxarılıb.

Oxşar dəyişiklik qonşu Mali və Burkina-Fasoda da baş verib, onlar da xuntalar tərəfindən idarə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər