İsrail Qəzza zolağında HƏMAS hərəkatının qərargahını vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, qərargah Qəzza şəhərindəki Safad məktəbinin ərazisində yerləşib. İsrail ordusu qərargaha hava zərbəsi endirdiyini açıqlayıb.
“Komanda-nəzarət kompleksi HƏMAS terrorçuları tərəfindən terror əməliyyatlarını planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib”, - deyə İDF vurğulayıb.