ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq onu Florida ştatına göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb. Bu səbəbdən bazar ertəsi ona həbs qoyulub və təyyarə Dominikan Respublikasından Floridaya göndərilib”, - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Maduro yenidən ölkə prezidenti seçilib (51,2 % səs ilə rəqibi Qonsalesi (44,2 %) qabaqlayıb – red.).
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin sözlərinə görə, Birləşmiş Ştatlar Maduroya təzyiq göstərmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək variantlarını nəzərdən keçirir.