3 Sentyabr 01:53
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ankaradakı səfirliyi bildirib ki , İzmir şəhərində "USS Wasp" desant gəmisi ilə Türkiyəyə gələn Amerika hərbçilərinə hücum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Diplomatik nümayəndəlik hərbi qulluqçuların hazırda təhlükəsiz şəraitdə olduğunu vurğulayıb. Səfirlik Türkiyə rəsmilərinə operativ müdaxilə və davam edən araşdırmaya görə minnətdarlığını bildirib.

Bundan əvvəl polisin Amerikanın "USS WASP" desant gəmisinin ekipaj üzvünü yaxalayaraq başına torba keçirən 13 Türk Gənclik Dərnəyinin (TGB) fəalını saxladığı bildirilirdi. TGB bəyan edib ki, dərnək nümayəndələri Vaşinqtonun İsrailə dəstəyinə etiraz olaraq gəminin ekipaj üzvünün başına torba keçiriblər . Təşkilat “əlləri qana boyanmış” amerikalı hərbçilərə Türkiyədə yer olmadığını vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər