Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrinə hələ də Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verməyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə Amerika silahları ilə zərbələr endirməsinə qadağa qoymasına münasibətini dəyişməyib.
O, Ağ Evin mövqeyinin dəyişməyəcəyini də vurğulayıb.