5 Sentyabr 00:05
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda hakimiyyətdə olan“Taliban” hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında silahlı toqquşmalar baş verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, toqquşmalar “Taliban”ın mübahisəli sərhəd bölgəsində postlar tikdiyi üçün başlayıb.

Qeyd edək ki, Əfqanıstan və Pakistan arasındakı sərhəd mübahisəsi dünyada ən uzun sürən mübahisələrdən biridir. İngiltərə və Əfqanıstan mülkləri arasında delimitasiya sazişi 1893-cü ildə Kabildə Əmir Əbdürrəhman Xan və ser Henri Mortimer Dürand tərəfindən imzalanıb.

1947-ci ildə Britaniya Hindistanı süqut edənədək Əfqanıstan hökmdarları Dürand xəttini tanısalar da, 1947-ci ildən müstəqil Pakistanın yaranmasından sonra Kabil bu xətti rəsmi sərhəd kimi tanımır. Əfqanıstan – Pakistan ərazi mübahisəsi tez-tez silahlı toqquşmalara səbəb olur.


Müəllif: Arzu

Oxşar xəbərlər