6 Sentyabr 10:30
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Kursk əməliyyatı bütün hərbi məqsədlərə nail olmasa belə, potensial diplomatik fayda gətirir. Görünür, Kiyevin planı Rusiya lideri Vladimir Putinə başa salmaq məqsədi daşıyır ki, Ukrayna Rusiya ərazilərini tutacaq və nə qədər lazımdır Rusiya qüvvələri və strateji hədəflərini məhv edəcək.

Teleqraf.com xəbər verir ki, bunu təqaüdçü avstraliyalı general Mik Rayan “Nyu-York Tayms”a deyib.

“Rusiya qoşunlarını Donbasdan çıxarmaq cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, Kursk əməliyyatı Qərbi Ukraynanın imkanları ilə bağlı bəzi strateji fərziyyələrini ən azı yenidən nəzərdən keçirməyə məcbur etdi”, - general bildirib.

Rayan təəssüflə söyləyib ki, hələlik Qərbin strategiyası dəyişməyib, Ukraynanı lazım olan qədər müdafiə eləmirlər. Onun fikrincə, bu, məğlubiyyət strategiyasıdır. Bununla belə, o, Kursk əməliyyatının Ukrayna üçün müsbət dəyişikliyə səbəb olduğunu qeyd edib.

“Putinin qələbə nəzəriyyəsi o ideyaya əsaslanır ki, o, Qərbin Kiyevə ciddi hərbi dəstək vermək istəyi qarşısında salamat qala bilər, həmçinin kritik infrastruktura zərbələr endirməklə, iqtisadiyyatı boğmaqla, raket zərbələri və pilotsuz təyyarələrlə əhalini qorxutmaqla Ukraynanı dayandıra bilər”, - Rayan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər