6 Sentyabr 10:51
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin BRİKS-ə qoşulmaq niyyəti ciddidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Mən ondan çıxış edirəm ki, ölkə rəhbərliyi konkret addım atdığını bəyan edəndə bunun əsasında ciddi niyyətlər durur”, - nazir Ankaranın birliyə üzv olmaq niyyəti ilə bağlı sualı cavablandırarkən bildirib.

BRİKS-in dönəm sədri, Rusiyanın vitse-prezidenti Yuri Uşakov bundan öncə Türkiyənin üzvlük üçün müraciət etdiyini və bunun nəzərdən keçirildiyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin də Türkiyənin BRİKS-ə marağını alqışladığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər