7 Sentyabr 18:10
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 maqnitudalı zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 200 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər