ABŞ-nin İraqdakı səfirliyinə məxsus loqistika mərkəzində partlayış baş verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli güc strukturları məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisənin baş verdiyi obyekt Bağdadın beynəlxalq hava limanının yaxınlığında yerləşir. Digər partlayış hava limanının yaxınlığında yerləşən Terrorla Mübarizə İdarəsinin qərargahından birinin yaxınlığında olub.
Hələlik partlayışların səbəbləri barədə məlumat verilmir. Zərərçəkənlərin olub-olmadığı bildirilmir.