11 Sentyabr 19:40
7 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Moldovanı artıq Ukrayna ərazisində sınaqdan keçirdiyi fəlakətə doğru sövq edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Moldovanı da eyni şəkildə Qərbin indi Ukrayna ərazisində sınaqdan keçirdiyi fəlakətə doğru sövq edir. Oktyabrın 20-nə planlaşdırılan prezident seçkiləri və Moldovanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum yaxınlaşdıqca rəsmi Kişinyovun Rusiya əleyhinə çıxışları getdikcə daha qrotesk formalar alır”, - diplomat bildirib.

Zaxarova həmçinin Moldova hakimiyyətini “rusofob siyasət”indən əl çəkməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər