14 Sentyabr 01:53
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizədlərin hər ikisi – Donald Tramp və Kamala Harris həyata qarşı çıxış edirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Roma Papası Fransisk deyib.

“Müasir siyasətdə adətən deyirlər ki, seçkidə iştirak etməmək pisdir. Səs vermək və daha kim daha az pisdirsə onu seçmək lazımdır. Hansı daha pisdir, o xanım, yoxsa o bəy? Hər kəs öz vicdanına görə düşünməlidir”, - deyə din xadimi bildirib.

O, miqrantları ölkədən qovmağa, bununla da onları işləmək və inkişaf etmək imkanından məhrum etməyə çağıran Trampı tənqid edib. Roma Papası abortun tərəfdarı olan Harrisi də tənqid edib və abortların günah olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər