Keçmiş futbolçu Məsud Özil könüllü olaraq məsciddə təmizlik işləri görüb.
Teleqraf.com xəbər verir ki, həmin anları Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş paylaşıb.
"Cümə namazından sonra dünya şöhrətli futbolçumuz Məsut Özil ilə Çiləhanə məscidində bir araya gəldik. Məscidin təmizliyinə könüllü olaraq qatılan qardaşımıza həssaslığına və nümunəvi davranışına görə təşəkkür edirəm",- o yazıb.