17 Sentyabr 12:57
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Bayden və Böyük Britaniya Baş naziri Kir Starmer arasında keçirilən görüş Ukraynanın ABŞ silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün mümkün icazə ilə bağlı Vaşinqtonun siyasətinə təsir etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Bu gün bizim siyasətimizdə dəyişikliklərlə bağlı heç bir açıqlamam yoxdur”, - o vurğulayıb.

Miller əlavə edib ki, Birləşmiş Ştatlar bu müharibədə qalib gələ bilməsi üçün Ukrayna ilə mümkün dəstək yollarını müzakirə etməyə davam edəcək. Söhbət Ukraynanı texniki vasitələr və kəşfiyyatla təmin etməkdən gedir.

Miller həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin zərurət yarandıqda Vaşinqtonun bu siyasəti uyğunlaşdırmağa və tənzimləməyə hazır olduğu barədə bəyanatını da xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər