Gürcüstanı sanksiyalarla hədələyən ABŞ “kritik nöqtəyə” yaxınlaşıb, belə bir siyasətin davam etdirilməsi Gürcüstanın gürcü-amerikan münasibətləri ilə bağlı mövqeyinə yenidən baxmasına gətirib çıxara bilər.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze Amerikanın Tbilisidəki səfiri Robin Danniqanla görüşündə deyib
Baş nazir ABŞ Dövlət Departamentinin Gürcüstan vətəndaşları üçün sanksiya və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutan dünənki qərarından narahatlığını ifadə edib.
"Başqa bir oxşar qərar qəbul olunarsa, bu, Gürcüstanın gürcü-amerikan münasibətlərində mövqeyinin keyfiyyətcə yenidən nəzərdən keçirilməsinə gətirib çıxara bilər”, - baş nazir deyib.