18 Sentyabr 11:04
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” tərəfindən paylanılan peycerlər dünən partlayışdan əvvəl bir neçə saniyə siqnal verib.

Teleqraf.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü “New York Times”a deyib.

SEPAH üzvünün sözlərinə görə, cihazlar təxminən 10 saniyə ərzində siqnal verib ki, istifadəçilər mesajları oxumaq üçün onları üzlərinə yaxınlaşdırsınlar.

Mənbə bildirir ki, İranın Livandakı səfiri Müctəba Əmaniyə məxsus peycer də onu qaldırmazdan əvvəl bir neçə saniyə siqnal verib: “Partlayış nəticəsində səfir bir gözünü itirib, ikinci gözü isə ağır yaralanıb”.

Dünən axşam saatlarında Livanın paytaxtı Beyrutda baş verən partlayışlarda azı 9 nəfər ölüb. Olaylara görə İran və Livanda İsrail ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər