19 Sentyabr 08:11
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkidə qalib gəlsəm, ölkəni diktaturaya çevirmək niyyətində deyiləm.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ-da prezidentliyə namizəd Donald Tramp deyib.

"İnsanlar məni Amerika demokratiyasına təhlükə törətdiyimə görə tez-tez qınayırlar. Həqiqət budur ki, mən Amerika demokratiyası üçün təhlükə deyiləm, əsas təhlükə məni diktator adlandıranlardır” - Tramp deyib.

Prezidentliyə namizəd həmçinin bildirib ki, Bayden administrasiyasının apardığı siyasət nəticəsində ABŞ üçüncü dünya ölkəsinə çevrilib.


Müəllif: Arzu

Oxşar xəbərlər