19 Sentyabr 10:08
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ilə danışıqlara getsə belə, bu, münaqişədə növbəti fasilə və ya prosesin dondurulması demək olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Rusiyadakı keçmiş səfiri Vladimir Yelçenko bildirib.

Diplomat Donbasda hərbi əməliyyatlarda müəyyən qədər fasilə yaradan Minsk razılaşmalarını xatırladıb: “Bu, müharibəni dayandıra və ya bitirə bilmədi. İndi də imzalana biləcək hər hansı müqavilə haqda da eyni şeyi düşünürəm”.

Yelçenkonun sözlərinə görə, o zaman strateji baxımdan Minsk razılaşmalarının imzalanması düzgün qərar idi:

“Ola bilsin, o an başqa çıxış yolumuz yox idi, ona görə də Prezident Pyotr Poroşenko bununla razılaşdı. Bəlkə də səmimi şəkildə ümid edirdi ki, bu fasilə sonradan stabil nizamlanmaya çevriləcək və bu müharibəyə son qoyulacaq”.

Sabiq səfir həmçinin hesab edir ki, Ukrayna bundan ibrət götürməlidir və indiki hakimiyyət də bunu anlayır:

“Rusiya ilə danışıqlara razılıq verib-verməmək məsələsi nə qədər emosional baxımdan çətin olsa da, həmişə yadda saxlamaq lazımdır ki, Rusiyaya ümumiyyətlə etibar etmək olmaz. Bunu dəfələrlə sübut ediblər”.

Yelçenko əlavə edib ki, təkcə indiki Rusiya hökumətinə yox, heç bir gələcək hökumətə də etibar etmək olmaz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər