Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun döyüş meydanındakı uğursuzluqlarından sonra NATO ilə Rusiya arasında münaqişə yaratmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi deyib.
“Zelenskinin strategiyası ondan ibarətdir ki, o, qalib gələ bilməyəcəyini bilir. Ona görə də NATO-nu Rusiya ilə müharibəyə sürükləmək üçün müəyyən addımlar atır. Çünki bu, Rusiyaya qalib gəlmək üçün yeganə fürsətdir”, - Kennedi bildirib.