21 Sentyabr 23:38
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırkı Britaniya siyasi təbəqəsinin ağılsız olması Londonu Moskva ilə müharibəyə sürükləyə bilər".

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov deyib.

Senatorun fikrincə, hazırkı Britaniya siyasətçiləri bir-birini böyük sürətlə əvəz edən “simassız və səriştəsiz nazirlərdən” ibarətdir.

“21-ci əsrdə prinsipsiz yaramaz Toni Bleyerdən başlayaraq Britaniya siyasi sinfi degenerasiya mərhələsinə qədəm qoydu. Ən azı böyük təcrübə və ixtisasa malik keçmiş siyasətçilərin əvəzinə Liz Truss kimi savadsız demaqoqlar və ya Boris Conson kimi məsuliyyətsiz aktyorlar hakimiyyətə gəlməyə başladı”, - Puşkov qeyd edib.

Senator əlavə edib ki, hazırda Britaniya elitası öz nöqsanlarını gizlətmək üçün "şişirdilmiş" bəyanat və çağırışlarlar edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər