23 Sentyabr 10:40
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün həmişə səy göstərib və göstərəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu prosesdə İstanbulda aparılan danışıqlar mühüm rol oynayıb. Ukrayna ilə bağlı danışıqların pozulmasında münaqişənin sülh yolu ilə həllində maraqlı olmayan müəyyən lobbilər var. İstənilən halda biz yeni dağıntılara yol vermədən müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirik və edəcəyik. Qərb dövlətləri bu münaqişənin həllinə ehtiyac duymur", - deyə Ərdoğan bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər